Qaytarma qaydaları
Biz müştərilərimizi tam razı salacağımıza zəmanət veririk. Əgər etdiyiniz onlayn alış-veriş sizi hər hansı səbəbdən qane etmirsə, istifadə olunmamış modeli əsl qablaşdırmada aşağıdakı müddəalara əməl etmək şərti ilə qaytara bilərsiniz. Siz çatdırılma tarixindən etibarən 14 gün müddətində alqı-satqı müqaviləsini ləğv edə bilərsiniz. Lakin bu qayda üzərində ad həkk olunmuş məhsullara şamil edilmir.
Geri qaytarılan bütün məhsullar istifadə edilməmiş olmalı, bütün etiketlər, istismar təlimatları, zəmanət talonları, yarlık və mühafizə materialları, həmçinin əsl qablaşdırma qorunub saxlanılmadlır. Siz məhsulun ən qısa müddətdə qaytarılmasına görə məsuliyyət daşıyırsınız. Əgər müvafiq hüququnuza uyğun olaraq geri qaytardığınız modellər təkrar satışüçün yararsız vəziyyətdə olarsa, biz məhsulu geri almaqdan imtina edəcəyik.